Karateçilərimiz Lissabondan mükafatla dönür

Lissabonda Karate1 premyer liqa turniri başa çatıb. Allsport.az xəbər verir ki, Asiman Qurbanlı finalda Gürcüstan təmsilçisi Qoqita Arkania ilə qarşılaşıb.

Görüş 3:3 hesablı heç-heçə ilə yekunlaşsa da, hakimlərin qərarı ilə qələbə rəqibə verilib. Bununla da Qurbanlı gümüş medalla kifayətlənib.

Tərkibi Rövşən Əliyev, Tural Balcanlı və İsmayıl Quliyevdən ibarət kata komandası isə Misiri üstələyərək, bürünc medal əldə edib.

Həmin kateqoriyadan