- Baxış sayı: 156
- 10 Aprel 2026 19:50
- Baxış sayı: 239
- May 08, 2026
- 0

Beynəlxalq olimpiya komitəsinin icariyyə şurası karatenin 2022-ci ildə yeniyetmələrin olimpiya oyunlarının proqramına daxil edilməsi ilə bağlı qərar qəbul edib.
Allsport.az xəbər verir ki, Seneqalın paytaxtı Dakarda yeniyetmələrin olimpiya oyunları 21 oktyabr-15 noyabr tarixlərində keçiriləcək. Yarış altı kumite kateqoriyasından ibarət olacaq. Oğlanlar və qızlar 3 çəki dərəcəsində mübarizə aparacaqlar. İştirakçıların sayı isə 8-dən 12-dək artırılacaq.
Karate ilk dəfə 2018-ci ildə Buenos-Ayresdə yeniyetmələrin olimpiya oyunlarının proqramına salınıb. Keçən yarışda hər çəki dərəcəsində 8 idmançı iştirak etmişdi.