Karateçilərimiz Slovakiyada 2 qızıl, 1 gümüş medal qazandı

Karateçilərimiz Slovakiya qran-prisində 3 medal qazanıblar. Allsport.az xəbər verir ki, “Təhsil” respublika idman mərkəzinin üzvləri 2 qızıl, 1 gümüş medala sahib olublar.

16-17 yaşlı gənclər seçmə komandasından Hüseyn Məmmədli (-61 kq) və Fərid Ağayev (-76 kq) çempion olub. Abbas Dadaşov isə (-68 kq) 2-ci yeri tutub. 

Karateçilərimizi yarışda idman mərkəzinin karate üzrə baş məşqçisi Əbülfət Qarayev və məşqçi Gündüz Mahmudov müşayiət edib. Beynəlxalq turnirdə 32 ölkədən 2118 idmançı iştirak edib.

Həmin kateqoriyadan