Karateçilərimiz tarixinin ən yaxşı nəticəsini Budapeştdə göstərdi

Karateçilərimiz Macarıstanda yeniyetmə və gənclərin Avropa çempionatını 8 medalla başa vurublar. Allsport.az xəbər verir ki, yarışın son günü daha 2 bürünc mükafata sahib olan millimiz ötən illərki statistik göstəricilərini yeniləyərək, rekord nəticə qazanıb.

18-21 yaşlı gənclər arasında üçüncü yeri tutan Fidan Teymurova (-50 kq) və Mədinə Sadıqova (-55 kq, hər iksinin şəxsi məşqçisi Seymur Xudaverdiyev) bürünc medalların sayını üçə çatdırıblar.

Çempionatın əvvəlki günlərində 16-17 yaşlı gənclər arasında Sultan Hüseynov (-55 kq, şəxsi məşqçisi Rəşad Hüseynov), Fərid Ağayev (-76 kq, şəxsi məşqçisi Namiq Priverdiyev) və Osman Osmanlının (+76 kq, şəxsi məşqçisi Rövşən Allahverdiyev) Avropa çempionluğu, Ayla Rzazadənin (-59 kq, şəxsi məşqçisi Seymur Xudaverdiyev) gümüş medala, Əminağa Quliyevin (-61 kq, şəxsi məşqçisi Elnur Həsənov) isə bürünc mükafata sahib olması, bir gün əvvəl 14-15 yaşlı yeniyetmələrdə Fərid Savadovun (-57 kq) 1-ci yerə çıxması ötən rekordları yeniləyib.

Tale Yaqubov (-68 kq, şəxsi məşqçisi Cahangir Babayev), Hümmət Baxşəliyev (-67 kq, şəxsi məşqçisi Vüqar Hüseynov), Arina Bezrebra (+54 kq) və Həsənəli Həsənəliyev (kata) bürünc medal uğrunda həlledici görüşdə məğlub olublar. Murad Hacızadənin (+84 kq) təsəlliverici döyüşdə hakim qərəzliyi idmançımızın məğlubiyyətinə səbəb olub. 

Yeniyetmə və gənclər seçmə komandasının baş məşqçisi Anar Allahverdiyev və kişilərdən ibarət millinin böyük məşqçisi Şahin Xudaverdiyevin rəhbərliyi ilə Avropa çempionatında çıxış edən karateçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medalla 52 ölkə arasında 3-cü pilləni tutaraq, bu yaş qruplarının tarixində ən yüksək nəticə göstərib.

Avropa çempionatını idarə edən hakimlər arasında beynəlxalq referilər Cahangir BabayevVüqar Kərimov da yer alıb.

Həmin kateqoriyadan