Karateçilərimiz Tokio-2020-yə lisenziya xalları qazandıran ilk rəsmi yarışda

İsveçrədə 31 ölkə idmançılarının iştirakı ilə 9-cü nüfuzlu “Bazel Open Masters”də 4 qızıl, 4 gümüş və 3 bürünc medalla yüksək nəticə göstərən millimiz, yarışdan sonra 10-günlük təlim-məşqi başa vurub. Allsport.az saytı xəbər verir ki, yarışın və beynəlxlaq toplanışın təşkilatçısı, İsveçrə Şotokan Karate Do Federasiyasının prezidenti Zubeyir Şahinin dəvəti ilə bu ölkədə olan yığmamız, Bazeldən birbaşa Berlinə, WKF premyer liqasına yollanıb. İsveçərdə idmançılarımızla birgə olan Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, eləcə də baş məşqçisi Şahin Xudaverdiyev, böyük məşqçi Qurban Tağıyev və heyət üzvləri, bütün xərcləri üzərinə götürməklə bərabər yüksək səviyyədə şərait yaradan ev sahibinə təşəkkürünü bildiriblər.

Almaniyanın paytaxtında mövsümün növbəti turniri həm də Tokio-2020-yə lisenziya xalları qazandıran ilk rəsmi yarış olacaq. Heyətdə Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə və Rafiz Həsənov (hər ikisi – 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq), Turqut Həsənov, Pənah Abdullayev, Şahin Atamov və Asiman Qurbanlı (+84 kq), Roman Heydərov (kata), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) yer alıblar. Milli komandanın məşqçilər heyətinə Rəşad Hüseynov və Denis Morozov da qatılacaq. Onlardan başqa, federasiyanın vitse-prezidenti Rəhman Hətəmov, baş katib MirHəsən Seyidov, baş hakim Cahangir Babayev və media və ictimaiyyətlə işlər katibi Sənan Məhərrəmov Berlinə yollanıblar.

Həmin kateqoriyadan