Karateçilərimiz Xorvatiyaya yollandı

Yeniyetmə və gənclərdən ibarət millimiz Xorvatiyanın Samobor şəhərində 29-cu beynəlxalq qran-priyə yollanıb. Allsport.az xəbər verir ki, baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi heyətə 32 idmançı cəlb olunub.

14-15 yaşlı yeniyetmələrdə 10 idmançımız, 16-17 yaşlı gənclərdə 14 karateçimiz, 18-21 yaşadək gənclər arasında isə 7 təmsilçimiz mübarizə aparacaq. Daha bir idmançımız böyüklərin turnirinə qatılacaq. Karateçilərimizdən 4 nəfəri kata yarışlarında, qalan 28 idmançımız kumite yarışında çıxış edəcək. 

Qadınların baş məşqçisi Denis Morozovdan əlavə, kata üzrə böyük məşqçi Anar Əhmədov da komanda ilə bir yerdədir. Xorvatiyada nüfuzlu ənənəvi turnirə böyük heyətlə yollanmaqda məqsəd, 7-9 fevral tarixlərində Macarıstanın paytaxtı Budapeştdə çıxış edəcək əsas heyəti təyin etməkdir. Yarışda 24 ölkədən 2047 karateçi iştirak edəcək. Turnir yanvarın 17-dən 19-dək keçiriləcək.

Həmin kateqoriyadan