Karateçilərimizdən 7 medal

Xorvatiyanın Poreç şəhərində 12-21 yaşadək karateçilər arasında dünya kuboku yarışı keçirilib. Allsport.az xəbər verir ki, Nuran Rzazadə (67 kq) və İnci Əzizova (50 kq) gümüş medal, Mədinə Sadıqova (55 kq) isə bürünc mükafat qazanıblar.

21 yaşadək qızların kata yarışlarında mükafatsız qalan Emilya Mitilinovaya parakarate turnirində qızıl medala sahib olub.

Klubları təmsil edən idmançılardan isə 12 yaşlı uşaqlar arasında Vüsal Qənbərov birinci, Məhyəddin Cəfərli ikinci, Marat Semixov (üçü də 40 kq) üçüncü yeri tutublar.

Dünya kuboku yarışında 32 ölkədən 464 karateçi iştirak edib.

Həmin kateqoriyadan