Karateçilərimizdən Avropa kubokunda 7 medal

Karateçilərimiz Macarıstanın Monor şəhərində vodokay növü üzrə 47-ci Avropa kubokunun fərdi yarışlarında 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıb. 

Allsport.az xəbər verir ki, millimiz komanda yarışında qızıl mükafata sahib olub. 

Gündüz Mahmudovun rəhbərlik etdiyi komandanın heyətindən Musa Məmmədov (14-15 yaşlı yeniyetmələr, 63 kq) və Fərid Ağayev (16-17 yaşlı gənclər, 76kq) fərdi yarışda birinci yeri tutub. 

Rəsul Abbasov (14-15 yaşlı yeniyetmələr, 57 kq), Abbas Dadaşov (16-17 yaşlı gənclər, 68kq) və Adil Quliyev (16-17 yaşlı gənclər, 76kq) gümüş, Kənan Babayev (16-17 yaşlı gənclər, 68kq) isə bürünc medalla kifayətlənib. 

Namiq Pirverdiyevin baş məşqçi olduğu Fərid Ağayev, İlknur Elmuradov, Abbas DadaşovKənan Babayevdən ibarət yığma isə komanda turnirinin qızıl medalını qazanıb. Karateçilər Macarıstanı 2:0, İtaliya və Şotlandiyanı 2:1, final görüşündə isə Almaniyanı 2:0 hesabı ilə məğlub ediblər. 

Vidadi Mahmudov yarışın hakimlərindən biri olub. Avropa kuboku uğrunda 15 ölkədən 600-dən artıq karateçi mübarizə aparıb.

Həmin kateqoriyadan