- Baxış sayı: 156
- 10 Aprel 2026 19:50
- Baxış sayı: 239
- May 08, 2026
- 0
Karateçilərimiz Belçikanın Lyej şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıb. Allsport.az xəbər verir ki, Suada Kərimova (16-17 yaşlı gənclər, kumite 47 kq) və Neda Rezai (böyüklər, kata) bürünc mükafata sahib olub.
Beynəlxalq hakimlər – Cahangir Babayev və Vüqar Kərimov dəvət ilə turniri idarə edən hakimlər arasında olub. Belçikada müxtəlif yaşlı karateçilər arasında nüfuzlu yarışda 25 ölkədən 1125 idmançı iştirak edib.