Karateçilərin 10-cu “Baku Open” turniri Avropa çempionatı-2020-yə sınaqdır

14-17 martda “Sərhədçi” Olimpiya-İdman Mərkəzində karateçilərin 10-cu “Baku Open” beynəlxalq turniri keçiriləcək. Allsport.az saytının məlumatına görə, yarış gələn il paytaxtda 55-ci Avropa çempionatının təşkili üçün sınaq xarakterlidir.

Uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında keçiriləcək yubiley turnirində 10-dan artıq ölkədən karateçilərin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkil edilməsi üçün WKF və EKF mütəxəssisləri, eləcə də digər ölkələrdən beynəlxalq hakimlər dəvət olunub.

Fərdi kata və kumite üzrə yarışın ilk günü böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxacaqlar. Martın 17-də 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-13 yaşadək uşaqlar döyüşəcəklər.

Turnirin açılış mərasimi martın 15-də olacaq. Yarışdan bir gün əvvəl – martın 13-də Dünya və Avropa Karate Federasiyasının hakimlər komitəsinin sədri Alois Viesboekin rəhbərliyi ilə beynəlxalq seminar keçiriləcək.

Həmin kateqoriyadan