Karateçilərin Qara və Xəzər dənizi ətrafı ölkələrin növbəti çempionatı keçiriləcək

1-3 dekabrda Sumqayıt Olimpiya İdman Mərkəzində Qara və Xəzər dənizləri ətrafı ölkələrin növbəti çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışda 7-12 yaşlı uşaqlar, yeniyetmə və gənclər, böyüklər, eləcə də veteran idmançılar iştirak edəcək.

Fərdi çıxışdan başqa hər bir yaş dərəcəsində kata və kumite üzrə komanda mübarizəsi də olacaq. Turnirin ilk günü 7-12 yaşlı uşaqlar, ertəsi gün yeniyetmələr, gənclər və veteranlar, bazar günü isə böyüklər tatamiyə çıxacaq.

Qara və Xəzər dənizləri ölkələri Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda hələlik Azərbaycan, Türkiyə, İran, İraq, Rusiya, Özbəkistan, Qazaxıstan və Gürcüstan komandalarının mübarizə aparacağı məlumdur.

Həmin kateqoriyadan