Karateçimiz Çilidə gümüş medal qazandı

Karateçimiz Çilidə gümüş medal qazandı

İrina Zaretska (68 kq) Çilinin paytaxtında karate1 seriya “A” turnirinin gümüş medalını qazanıb. 

Allsport.az xəbər verir ki, Finaladək Daniele Van Vikə (CAR) 9:0, Qalina Melnikə (Ukrayna) 3:2, Feryal Abdelazizə (Misir) isə 1:0 hesabı ilə qalib gələn idmançımız həlledici görüşdə Silviya Semeraroya (İtaliya) 0:1 hesabı ilə məğlub olub. 

Nüfuzlu turnirə 65 ölkədən 466 karateçi qatılıb. Yarışın hər mərhələsi idmançılara olimpiya reytinq xalları qazandırıb. 

Karateçilərimizi 24-26 yanvarda Parisdə mövsümün ilk karate1 premyer liqa turniri gözləyir. 

Həmin kateqoriyadan