Karateçimiz finala yüksəldi

Azərbaycan karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında finala yüksəlib.

Allsport.az xəbər verir ki, 68 kq çəki dərəcəsində çıxış edən idmançı ardıcıl olaraq Nesrin Buqrin (Belçika), Qalina Melnik (Ukrayna), Anna Prezzoti (Braziliya) və Alisa Buxinger (Avstriya) ilə dueldən qalib ayrılıb.

Tokio-2020 yay olimpiya oyunlarının gümüş mükafatçısı qızıl medal uğrunda italiyalı Silviya Semeraro ilə döyüşəcək.

Bu gün mübarizəyə qoşulan Pənah Abdullayev (84 kq) və Fəridə Əliyeva (+68 kq) yarışı medalsız bitirib. Asiman Qurbanlı (+84 kq) isə yarımfinaladək irəliləyə bilib. Finala gedən yolda Simone Marinoya (İtaliya) uduzan karateçi bürünc medal uğrunda mübarizə aparacaq.

Digər titullu karateçi Rafael Ağayev də (75 kq) bu gün yarışa qoşulacaq.

Həmin kateqoriyadan