Karateçimiz İrina Zaretska “Grand Winners” mükafatı alıb

Qadın karateçilərdən ibarət millimizin üzvü İrina Zaretska (68 kq) ilinin “Grand Winners”-ə sahib olub. Allsport.az saytı xəbər verir ki, Dünya Karate Federasiyasının təsis etdiyi bu mükafat ən nüfuzlu turnir sayılan Karate 1 premyer liqasında il boyu hər çəkidə ən yüksək nəticə göstərən idmançılara verilir.

Təmsilçimiz cari mövsümdə 21 yaşadək gənclərin Avropa çempionu, Rotterdam və Dubay premyer liqaların qalibi olmaqdan əlavə, Rabatdakı növbəti turnirdə bürünc medal uğrunda görüşə çıxıb.

Mayda Bakıda 4-cü İslam hərəyliyi oyunlarının qalibi olan ukraynalı legionçuya WKF-in “Grand Winners” mükafatı Leypsiqdə premyer liqa turnirində təqdim edilib (şəkildə solda).

Həmin kateqoriyadan