- Baxış sayı: 82
- 15 İyun 2026 14:11
- Baxış sayı: 86
- İyun 23, 2026
- 0

Azərbaycan karateçisi İrina Zaretska (68 kiloqram) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, o, finalda İsveçrə təmsilçisi Yelena Quriç ilə üz-üzə gəlib. Rəqibinə 4:3 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi üçqat dünya çempionu olub.
Qeyd edək ki, İrina Zaretska 2018 və 2021-ci illərdə keçirilən dünya çempionatlarında da qızıl medala layiq görülüb.