- Baxış sayı: 55
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 255
- Oktyabr 25, 2026
- 0

Meksika millisinin qapıçısı Gilyerme Oçoa futbolçu karyerasını bitirib.
Allsport.az xəbər verir ki, 41 yaşlı qolkiper sosial şəbəkə hesabında paylaşım edərək yaşıl meydanlarla vidalaşdığını açıqlayıb.
Oçoa Meksika millisinin heyətində 154 oyun keçirib və 63 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.
Təcrübəli qapıçı karyerası ərzində “Amerika”, “Ajaçço”, “Malaqa”, “Qranada”, “Standart Lyej” və “Salernitana” kimi klublarda çıxış edib.