- Baxış sayı: 34
- 27 İyul 2026 17:51
- Baxış sayı: 166
- İyul 22, 2026
- 0

2026-cı il dünya çempionatının final matçını idarə edən Slavko Vinçiç hakimlik karyerasını başa vurduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, 46 yaşlı sloveniyalı referi yerli federasiyaya bu barədə məlumat verib.
Vinçiç uzun illər FİFA və UEFA-nın ən nüfuzlu hakimlərindən biri olub. O, karyerası ərzində çempionlar liqası, Avropa çempionatı və dünya çempionatı kimi mötəbər turnirlərin həlledici görüşlərinə təyinat alıb.
Slavko Vinçiç 2026-cı il dünya çempionatının ABŞ-da keçirilən finalında İspaniya ilə Argentina arasında baş tutan və İspaniyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşan qarşılaşmanın baş hakimi olub.