- Baxış sayı: 55
- 01 Noyabr 2026 18:26
- Baxış sayı: 255
- Oktyabr 25, 2026
- 0

Çili millisinin sabiq üzvü Maurisio İsla futbolçu karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, 38 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
İsla karyerası ərzində “Yuventus”, “Fənərbaxça”, “Udineze”, “Marsel”, “Kalyari” və “Flamenqo” kimi klublarda çıxış edib.
Maurisio İsla Çili millisi ilə iki dəfə Amerika kubokunun qızıl medallarına layiq görülüb. Veteran futbolçu üç dəfə İtaliya “A” seriyasında, iki dəfə İtaliya kubokunda, həmçinin Braziliya çempionatı və kubokunda qalib olub.