- Baxış sayı: 48
- 10 Avqust 2026 17:33
- Baxış sayı: 93
- Avqust 10, 2026
- 0
Batumidə Dünya Döyüş Növləri Oyunlarına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, Azərbaycanın kempo üzrə komandası yarışda 5 medal qazanıb. 28 ölkə idmançıların iştirak etdiyi turnirdə Toğrul İbrahimli (55 kq, MMA), Cavid Allahverdiyev (61 kq, MMA), Xəyal Məmmədzadə (75 kq, qrapplinq), Ülvi Sadıqzadə (80 kq, qrapplinq) və Orxan Əlizadə (open, qrapplinq) bütün rəqiblərinə qalib gəliblər. Komanda hesabında millimiz 3-cü olub.