Kikboksçularımız olimpiadada hansı çəkilərdə çıxış edə bilər? Roy Beyker bunu Bakıda açıqladı

“Kikboksun olimpiya ailəsinə daxil olmasına sevinirik. Mən yeni rəhbər seçilmişəm. İşi düzgün qurmaq üçün islahatlar lazımdır və buna artıq başlanılıb. Bizdə 12 çəki var. Olimpiadada 4 çəkidə kişilərdə və elə bu sayda da qadınlarda təmsil olunacağıq. Lisenziyalar qitələr arası yarışların nəticəsində qazanılacaq”.

Allsport.az saytının məlumatına görə, bu sözü Dünya Kikboksinq Assosiasiyası Təşkilatının (WAKO) prezidenti Roy Beyker ölkəmizə səfərində dedi. Bildirdi ki, idmançıların təhlükəsizliyi üçün bütün imkanlardan istifadə ediləcək:

“Olimpiya dəyərləri humanizm üzərində qurulur. Biz də buna riayət edəcəyik. Döyüşlər dəbilqələrdə və digər qoruyucularda keçiriləcək ki, zədə ehtimalı az olsun. Biz Ümumdunya Anti-Dopinq Agentliyi ilə də əməkdaşlıq edirik”.

Həmin kateqoriyadan