Kikboksinq federasiyasının prezidenti Adil Əliyev Qazaxda “Avey” İdman Klubunun qonağı olub

Bu gün Kikboksinq federasiyasının prezidenti Adil Əliyev “Avey” İdman Klubunun fəaliyyəti ilə tanış olmaq üçün Qazaxa səfər edib. Allsport.az saytı xəbər verir ki, qonağa bazanın icraçı direktoru Şahsuvar Məhyəddinov və baş məşqçi Fərid Məmmədov fəaliyyətlə bağlı geniş məlumat veriblər. Millət vəkili klubda yaradılan şəraitdən və idmançıların hazırlığından razı qalıb.

Bildirib ki, bundan sonra “Avey” Kikboksinq federasiyasının tərkibində fəaliyyət göstərəcək. Bu dəyərli təklifə və hərtərəfli dəstəyə görə rayonun idman ictimaiyyəti qonağa dərini təşəkkür edinlər. Yerli döyüşçülər, öz növbəsində, etimadını doğriltmaq üçün daha məsuliyyətli və iddialı olacaqlarını deyiblər.

Görüşdə, həmçinin AKF-in yeni seçilən vitse-ptezidenti Arzuman Abdulkərimov, federasiyanın İdarə Heyətinin üzvü Müşfiq Məmmədov və Famil İsmayılov iştirak ediblər.

Həmin kateqoriyadan