- Baxış sayı: 58
- 25 Avqust 2026 21:57
- Baxış sayı: 121
- Avqust 27, 2026
- 0


20 qat “Böyük dəbilqə” çempionu Rocer Federer hazırda çıxış edən tennisçilərdən hansı ilə oynamaq istədiyini açıqlayıb.
Allsport.az xəbər verir ki, 45 yaşlı isveçrəli tennisçi Karlos Əlqərəzlə üz-üzə gəlmək istədiyini bildirib.
“Əlqərəzlə oynamaq istəyərdim. O, çox parlaq tennisçidir. Nə onunla, nə də Yannik Sinnerlə qarşılaşmaq mənə nəsib olub. Onlar hələ yüksəlişdə olarkən yalnız bir qədər birlikdə məşq etmişik.
Təəssüf ki, dizimdəki problemlərə görə bu nəslin bir hissəsini qaçırdım. Elə bir qrup tennisçi var ki, onlarla oynamağa sadəcə vaxtım çatmadı. Əlbəttə, Novak Cokoviç də əla seçim olardı. O, hələ də yüksək səviyyədə oynayır və turda qalmaqda davam edir. Bu, çox gözəldir.
Karlosun geri qayıtdığını görmək xoşdur. Bərpa olunmasına şadam. Ona ən yaxşısını arzulayıram. Amma ona qarşı necə oynayacağımı düşünmürəm, çünki mən turnir cədvəlində deyiləm”.