Cərimələnə bilər

Cərimələnə bilər

Belaruslu tennisçi Arina Sobolenko 2026-cı il “ABŞ açıq”in finalında qazaxıstanlı Yelena Rıbakinaya məğlub olduqdan sonra davranışına görə cəzalandırıla bilər.

Allsport.az xəbər verir ki, final qarşılaşmasında Rıbakina Sobolenkoya 6:4, 5:7, 6:2 hesabı ilə qalib gələrək karyerasında “Böyük dəbilqə” turnirlərində üçüncü titulunu qazanıb.

Belaruslu tennisçi finala yüksəldiyinə görə 2,8 milyon dollar, Yelenanın mükafatı isə rekord məbləğdə – 5,5 milyon dollar təşkil edib.

Görüş başa çatdıqdan sonra Sobolenko skamyasının yanında raketkasını sındırıb, daha sonra isə reaksiyasını lentə alan operatora qarşı söyüşlü ifadələr işlədib. Hər iki hərəkət “Böyük dəbilqə” turnirlərinin qaydalarının pozulması kimi qiymətləndirilə bilər.

Raketkanın sındırılmasına görə maksimum cərimə 50 min ABŞ dollarıdır (85 min dollar). Bununla belə, xəbəri yayan mənbə vurğulayır ki, praktikada cərimənin məbləği adətən daha aşağı olur və baş verən hadisənin konkret hallarına əsasən müəyyən edilir.

Söyüşlərə görə də ayrıca cəza tətbiq oluna bilər. Belə pozuntu adətən 3-5 min dollar (8.5 min manata qədər) məbləğində cərimə ilə nəticələnir. Sabalenkonun davranışı ilə bağlı “ABŞ açıq” təşkilatçılarının rəsmi qərarı hələ açıqlanmayıb.

Nəşrin müəllifi xatırladıb ki, belaruslu tennisçi daha əvvəl də oxşar vəziyyətlərdə iki dəfə raketka sındırıb – 2025-ci il “Avstraliya açıq”in finalından sonra və 2023-cü il “ABŞ açıq”in final matçından sonra paltardəyişmə otağında. Buna görə də pozuntunun təkrarlanması cəzanın daha sərt olmasına təsir göstərə bilər.

Xatırladaq ki, “ABŞ açıq”in yekunlarına əsasən Arina Sobalenko təxminən 100 həftə qoruduğu dünya reytinqinin liderliyini itirib. VTA reytinqində yeni birinci raketka Yelena Rıbakina olub. Bu, qazaxıstanlı tennisçinin karyerasında ilk dəfə bu mövqeyə yüksəlməsidir.

Həmin kateqoriyadan