- Baxış sayı: 69
- 14 Sentyabr 2026 23:57
- Baxış sayı: 231
- Sentyabr 13, 2026
- 0

Arina Sobolenko bu mövsüm “Böyük dəbilqə” turnirlərində 19 qələbə qazansa da, heç birində çempion ola bilməyib.
Allsport.az xəbər verir ki, belaruslu tennisçi “Avstraliya açıq” və “ABŞ açıq”da finala yüksəlib, “Rolan Qaros”da 1/4 finala, “Uimbldon”da isə 1/8 finala qədər irəliləyib.
Son 20 ildə yalnız Venera Uilyams 2017-ci ildə “Böyük dəbilqə” turnirlərində titulsuz daha çox qələbə qazanıb. Amerikalı həmin il bu səviyyəli yarışlarda 20 matçda qalib gəlib, lakin heç bir turnirdə çempion olmayıb.
Sobolenko isə 19 qələbə ilə bu göstəricidə son iki onilliyin ən yaxşı ikinci nəticəsinə imza atıb.