1/4 finala yüksəldi

1/4 finala yüksəldi

Almaniyalı tennisçi Aleksandr Zverev ABŞ açıq çempionatında 1/4 finala vəsiqə qazanıb.

Allsport.az xəbər verir ki, o, turnirin IV mərhələsində italiyalı Luçano Darderini məğlub edib.

2 saat 30 dəqiqə davam edən qarşılaşma almaniyalı tennisçinin 6:2, 6:2, 7:6 (7:3) hesablı qələbəsi ilə başa çatıb.

Aleksandr Zverev 1/4 finalda niderlandlı Botik van de Zandsxulpla qarşılaşacaq.

Həmin kateqoriyadan