Yeni mövsümlə bağlı vacib dəyişikliklər

Yeni mövsümlə bağlı vacib dəyişikliklər

Qadın tennisçilər assosiasiyası (VTA) növbəti mövsüm üçün təqvim və qaydalarda dəyişiklikləri açıqlayıb.

Allsport.az xəbər verir ki, əsas yeniliklərdən biri kişilər və qadınlar arasında birgə keçirilən bütün “1000” seriyalı turnirlərdə mükafat fondunun bərabərləşdirilməsi olacaq.

Hazırda mükafat fondunun bərabər olduğu Hindistan-Uels, Mayami, Madrid və Pekin turnirlərinə Roma, Sinsinnati və Monreal-Toronto yarışları da əlavə ediləcək.

Dünya reytinqində ilk “50-lik”də yer alan tennisçilər üçün məcburi VTA-500 turnirlərinin sayı 6-dan 4-ə endiriləcək. Beləliklə, onların məcburi təqviminə 14 VTA turniri və 4 “Böyük dəbilqə” yarışı daxil olacaq.

Həmçinin 2027-ci ildə sınaq rejimində yeni qayda tətbiq ediləcək. Buna əsasən, tennisçilər uğursuz çıxış etdikləri bir VTA-1000 turnirində qazandıqları xalları VTA-500 və ya VTA-250 yarışında daha yüksək nəticə ilə əvəzləyə biləcəklər.

Növbəti mövsümün təqviminə 26 ölkədə keçiriləcək 55 turnir daxil edilib. İlin yekun turnirinə noyabrın 10-dan 14-dək Şarlot şəhəri ev sahibliyi edəcək. Yarış ilk dəfə 5 gün ərzində keçiriləcək.

Həmin kateqoriyadan