- Baxış sayı: 49
- 08 Oktyabr 2026 18:32
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

Pekində keçirilən VTA-1000 kateqoriyalı tennis turnirində qadınların cütlüklər yarışının daha bir yarımfinalçısı müəyyənləşib.
Allsport.az xəbər verir ki, rusiyalı Diana Şnayder və belçikalı Eliz Mertensdən ibarət cütlük 1/4 final mərhələsini uğurla keçib.
Onlar avstraliyalı Ellen Peres və niderlandlı Demi Sxürs cütlüyünü iki setdə məğlub ediblər – 6:2, 6:1.
Şnayder və Mertens yarımfinalda italiyalılar Sara Errani/Yasmin Paolini və kanadalı Qabriela Dabrovski/braziliyalı Luiza Stefani cütlüklərinin görüşünün qalibi ilə üz-üzə gələcəklər.