- Baxış sayı: 51
- 08 Oktyabr 2026 14:35
- Baxış sayı: 92
- Oktyabr 08, 2026
- 0

Rusiyalı tennisçi Mirra Andreyeva Pekində keçirilən VTA-1000 kateqoriyalı turnirdə tarixi nailiyyətə imza atıb.
Allsport.az xəbər verir ki, 19 yaşlı idmançı 1/4 final mərhələsində həmyerlisi Yekaterina Aleksandrovanı məğlub edib.
Andreyeva rəqibinə hər iki setdə tay-brekdə qalib gəlib – 7:6 (7:4), 7:6 (7:3).
Bununla da rusiyalı tennisçi VTA-1000 turnirlərində karyerası ərzində dörd dəfə yarımfinala yüksələn ən gənc idmançı olub. O, bu uğura 19 yaş 154 günlüyündə nail olub.
Əvvəlki rekord amerikalı Koko Qauffa məxsus idi. Qauff dördüncü dəfə yarımfinala yüksələndə 19 yaş 203 günlük olub.
Andreyeva indiyədək bu kateqoriyalı turnirlərin yarımfinallarında keçirdiyi üç görüşün ikisində qalib gəlib, birində məğlub olub.
Rusiyalı tennisçi Pekin turnirinin yarımfinalında çexiyalı Nikola Bartunkova ilə qarşılaşacaq.