Tarix yazdı

Tarix yazdı

Rusiyalı tennisçi Mirra Andreyeva ABŞ açıq çempionatında 1/4 finala yüksəlib.

Allsport.az xəbər verir ki, 19 yaşlı tennisçi turnirin dördüncü mərhələsində həmyerlisi Anastasiya Potapovaya qalib gəlib – 2:1 (5:7, 6:4, 6:3).

Bu, Andreyevanın “Böyük dəbilqə” turnirlərində 1/4 finala yüksəlməsi baxımından beşinci belə uğuru olub. O, ilk dəfə Nyu Yorkda və ümumilikdə sərt örtükdə keçirilən “Böyük dəbilqə” turnirində bu mərhələyə vəsiqə qazanıb.

Andreyeva 2007-ci ildən sonra üç fərqli örtükdə keçirilən “Böyük dəbilqə” turnirlərində 1/4 finala yüksələn ilk yeniyetmə olub. Buna son olaraq çexiyalı Nikol Vaydişova nail olmuşdu.

Bu qələbə Andreyevanın 2026-cı ildə 44-cü qələbəsi olub. Onun cari mövsümdəki göstəricisi 44 qələbə, 13 məğlubiyyət təşkil edir.

Mirra Andreyeva yarımfinala vəsiqə uğrunda İva Yoviç – Koko Qauff cütünün qalibi ilə qarşılaşacaq.

Həmin kateqoriyadan