- Baxış sayı: 32
- 02 Sentyabr 2026 23:50
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

Amerikalı tennisçi Serena Uilyams gələcəkdə yenidən “Böyük dəbilqə” turnirlərinin təklər yarışında iştirak edə biləcəyini açıqlayıb.
Allsport.az xəbər verir ki, yarışların 23-qat qalibi “US open”də təklər yarışına “vild card” almamasının səbəbini də izah edib.
Uilyams “Uimbldon”da zədələndiyini və bərpa üçün kifayət qədər vaxtının olmadığını bildirib:
“Sadəcə, özümü bacardığım səviyyədə oynaya biləcək vəziyyətdə hiss etmədiyim halda, başqasının “vild card” almaq imkanını əlindən almaq istəmədim”.
Təcrübəli tennisçi gələcəkdə yenidən “Böyük dəbilqə” turnirlərində təklərdə çıxış edə biləcəyini də vurğulayıb:
“Bəli, düşünürəm ki, yenə oynayacağam. Amma bu, davamlı olmayacaq. Uşaqlarımın məni daha fərqli yaşda oynayarkən görməsini istəyirəm. Onlara göstərmək istəyirəm ki, insan çalışsa, səy göstərsə və məqsədyönlü olsa, istənilən yaşda hər şeyə nail ola bilər”.
Serena Uilyams “US open-2026”da bacısı Vinus Uilyamsla birlikdə qoşa yarışda mübarizə aparacaq. Onların ilk mərhələdəki rəqibləri Tayvan təmsilçisi Çjan Haoçzin və avstraliyalı Maya Coynt olacaq.