Halepin rekorduna şərik oldu

Halepin rekorduna şərik oldu

Polşalı tennisçi İqa Şventek VTA-1000 turnirlərində diqqətçəkən göstəriciyə imza atıb.

Allsport.az xəbər verir ki, o, Pekində keçirilən turnirin III turunda amerikalı İva Yoviçi 6:1, 6:3 hesabı ilə məğlub edib.

“Opta”nın məlumatına görə, Şventek 2023-2026-cı illərdə ardıcıl dörd mövsüm ərzində VTA-1000 turnirlərində ən azı 6 dəfə 1/4 finala yüksəlib.

Bu nəticə 2009-cu ildə VTA-1000 formatının tətbiqindən sonra cəmi ikinci dəfə qeydə alınıb.

Buna daha əvvəl yalnız Simona Halep nail olub. Rumıniyalı tennisçi 2015-2018-ci illərdə eyni göstəricini təkrarlayıb.

Həmin kateqoriyadan