- Baxış sayı: 52
- 19 Avqust 2026 12:14

- Baxış sayı: 73
- Avqust 20, 2026
- 0


Dünya reytinqinin 15-ci pilləsində qərarlaşan Lorenzo Muzetti ABŞ-ın Sinsinnati şəhərində keçirilən “Ustadlar” turnirində 1/4 finala yüksəlib.
Allsport.az xəbər verir ki, italiyalı tennisçi 1/8 finalda portuqaliyalı Jayme Fariyanı 7:5, 6:2 hesabı ilə məğlub edib.
Bu, Muzettinin karyerasında “Ustadlar” turnirlərində 1/4 finala altıncı və 2025-ci ildə Romadakı yarışdan sonra ilk yüksəlişidir. O, son üç görüşündə qələbə qazanıb.
İtaliyalı tennisçi sərt örtüklü kortlarda daha əvvəl yalnız bir dəfə 1/4 finala yüksəlib. Bu, 2022-ci ildə Parisdə keçirilən turnirdə baş verib. Muzetti həmin mərhələdə Novak Cokoviçə uduzub.
Muzettinin Sinsinnatidə növbəti rəqibi ABŞ təmsilçisi Frensis Tiafo olacaq.