- Baxış sayı: 45
- 01 Oktyabr 2026 21:31
- Baxış sayı: 92
- Oktyabr 01, 2026
- 0

Yaponiyalı tennisçi Key Nisikori karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, Tokioda baş tutan turnirin ilk mərhələsinin görüşü 36 yaşlı idmançının sonuncu qarşılaşması olub.
K.Nisikori dünya reytinqində 8-ci pillədə qərarlaşan Frensis Tiafoya (ABŞ) uduzub.
Xatırladaq ki, təcrübəli tennisçi ATP turnirlərində fərdi yarışlarda 12 titul qazanıb. O, 2015-ci ildə dünya reytinqində dördüncü pilləyədək yüksəlib.
2016-cı ildə keçirilən olimpiadanın bürünc mükafatçısı kişilər arasında “Böyük dəbilqə” yarışlarının finalına yüksələn ilk asiyalı kimi də tarixdə düşüb. Tennisçi 2014-cü ildə ABŞ açıq çempionatının finalında xorvat Marin Çiliçə məğlub olub.