- Baxış sayı: 38
- 15 Sentyabr 2026 15:44
- Baxış sayı: 228
- Sentyabr 13, 2026
- 0

Belarus tennisçisi Arina Sobolenko ABŞ-ın Sinsinnati şəhərində keçirilən VTA-1000 turnirində 1/8 finala yüksəlib.
Allsport.az xəbər verir ki, dünya reytinqinin 1 nömrəsi üçüncü turda çinli Van Sinüyü 6:1, 6:3 hesabı ilə məğlub edib.
Bu qələbə Sobolenkonun VTA-1000 turnirlərində 45-ci dəfə 1/8 finala yüksəlməsi ilə nəticələnib. Bununla da belaruslu tennisçi bu göstəricidə hazırda çıxış edən oyunçular arasında rekorda imza atıb.
Sobolenko bu nəticə ilə çexiyalı Karolina Pliskovanı geridə qoyub. Pliskova VTA-1000 turnirlərində 44 dəfə 1/8 finala yüksəlib. Ukraynalı Elina Svitolina isə 43 belə nəticə ilə üçüncü pillədədir.
4 qat “Böyük dəbilqə” çempionu növbəti mərhələdə çexiyalı Sara Beyleklə (35-ci) qarşılaşacaq.