Kiprin türk kəsimindən 5 medalla

Kiprin türk kəsimindən 5 medalla

Şimali Kipr Türk Respublikasında stolüstü tennis turniri keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan, Rumuniya, Bosniya, Özbəkistan, Türkiyənin qatıldığı yarışda komandamız 2-ci yer tutub.

Şəxsidə Emin Məmmədov gümüş, Kənan Pənahov bürünc medal qazanıblar. Qoşa yarışda Emin Məmmədov – İlkin Abdulov yalnız finalda yeniliblər, Kənan Pənahov – Xaliq Becanov 3-cü yerə çıxıblar.

Həmin kateqoriyadan