Kişi badmintonçularımızın Avropa çempionatında rəqibləri müəyyənləşdi

Bu gün Fransanın Lievin şəhərində kişi və qadın komandalar arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.

Allsport.az xəbər verir ki, tarixində ikinci dəfə komandalararası Avropa çempionatına qatılan kişilərdən ibarət millimiz püşkatmanın nəticələrinə əsasən 5-ci qrupda Almaniya, Çex Respublikası və İslandiya ilə qarşılaşacaq. Komandamız qrup mərhələsində ilk oyununu Çex Respublikasına qarşı keçirəcək. Kişi badmintonçulardan ibarət kollektiv ikinci turda İslandiya, son turda isə Almaniya komandası ilə üz-üzə gələcək.

Qrup mərhələsinin görüşləri 11-13 fevral tarixlərində keçiriləcək.1/4, yarımfinal və final görüşləri isə 14-16 fevralda oynanılacaq.

Komandaların qrupdakı sayından asılı olmayaraq pley-offa ilk iki yerin sahibi yüksələcək. Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşlərdən ibarət olacaq.

Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq. Hər komandanın heyətində yer alan 1 badmintonçu oyun ərzində həm şəxsi, həm də qoşa kateqoriyada yalnız 1 dəfə korta çıxa bilər.

Həmin kateqoriyadan