- Baxış sayı: 45
- 04 Sentyabr 2026 23:56
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Albaniyanın “Vlazniya” klubunun prezidenti Alban Cəfəri matçın rəsmi şəxsinə fiziki təzyiq göstərdiyinə görə 15 oyunluq cəzalandırılıb.
Allsport.az xəbər verir ki, xoşagəlməz insident çempionatın 2-ci turunda keçirilən “Elbasani” – “Vlazniya” (1:1) görüşündən sonra baş verib.
Yekun xəbərdarlıq fitindən sonra Cəfəri hakimlər otağının tunelinə tərəf addımlayan matçın ikinci köməkçi hakimi Ergis Spahiu ilə mübahisə edərək ona yumruq zərbəsi endirib.
Bu hərəkətdən sonra AFF intizam və etika komitəsi klub rəhbərini 15 matçlıq idman fəaliyyətindən kənarlaşdırıb. Cəza müddəti bitənədək onun qurumun bayrağı altında keçirilən yarışlarda stadionlara daxil olmasına da qadağa qoyulub.
Sözügedən matçın yekunlarına görə “Vlazniya”nın digər nümayəndələri də cəzalandırılıblar. Baş məşqçi Edi Martini hakimlərə qarşı qeyri-idman hərəkətlərinə görə 6 oyunluq diskvalifikasiya olunub, klub əməkdaşı Elis Dervişay isə 4 matçlıq cəza alıb. Meydan sahibi “Elbasani” klubu təhlükəsizlik qaydalarını pozduğuna görə pul cəriməsinə məruz qalıb.