- Baxış sayı: 19
- 22 İyul 2026 23:57
- Baxış sayı: 107
- İyul 22, 2026
- 0

İngiltərənin “Liverpul” klubu növbəti gənc futbolçunun transferini rəsmiləşdirib.
Allsport.az xəbər verir ki, Mersisayd təmsilçisi Kolumbiyanın “Atletiko Nasional” klubundan 17 yaşlı hücumameyilli yarımmüdafiəçi Samuel Martinesi heyətinə qatıb.
Klubun rəsmi açıqlamasına əsasən, gənc futbolçu 2027/28 mövsümündən etibarən “Liverpul”un akademiyasında çıxış edəcək.
Martines Kolumbiyanın ən perspektivli gənc futbolçularından biri hesab olunur.
O, bu ilin aprelində Cənubi Amerika U-17 çempionatında Kolumbiya millisinin heyətində altı oyunda iştirak edərək komandasının çempionluq qazanmasına töhfə verib. Samuel turnirdə üç məhsuldar ötürmə ilə yadda qalıb. O, həm Braziliyaya qarşı yarımfinal, həm də Argentinaya qarşı final matçında məhsuldar ötürmə müəllifi olub.