“Komanda olaraq əla oynadıq”

Allsport.az xəbər verir ki, Azərbaycan futzal millisinin kapitanı Emin Kürdov DÇ-2024-ün elit mərhələsinin 2-ci turunda Niderland üzərində qazanılan 6:1 hesablı qələbəni dəyərləndirib

“Komanda olaraq əla oynadıq. Kimisə fərdi qaydada seçmək, fərqləndirmək istəməzdim. Müdafiədə kompakt oynamaq, səhvə yol verməmək əsas özəlliyimizdir. Onsuz da oyun ərzində qol epizodu yaradırsan. Qalır həmin anda düzgün mövqe seçmək, epizodu reallaşdırmaq. Oyun həm də ölkəmiz üçün əhəmiyyətli günlərdə baş tutdu. Azərbaycan ordusu 24 saat ərzində antiterror əməliyyatını uğurla başa vurdu və separatçıları tərkisilah olmağa məcbur etdi. Təbii ki, bu xəbər bizə psixoloji cəhətdən müsbət təsir etməyə bilməzdi. Ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizi hər zaman ehtiramla anırıq”.

Həmin kateqoriyadan