“Komanda yaxşı vəziyyətdədir”

“Krasnodar”ın baş məşqçisi Murad Musayev RPL-in 22-ci turunda “Lokomotiv”lə heç-heçə etdikləri oyundan (1:1) sonra komandanın durumu haqda danışıb.

Allsport.az xəbər verir ki, o, “öküzlər”i tərifləyib:

“Komanda yaxşı vəziyyətdədir, həmkarım İviç yaxşı işləyib. Bəzi şeyləri dəyişmək istərdim. Müdafiədə daha yüksək oynadacam. Yaxşı fədakarlıq mənim gələcəkdə qurmaq istədiyim üstünlüklərdir”.

40 xalla “Krasnodar” RPL-də 2-ci yeri tutur və lider “Zenit”dən bir xal geri qalır.

Həmin kateqoriyadan