- Baxış sayı: 30
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Braziliya A Seriyasında “Şapekoense” ilə 2:2 hesablı heç-heçə edən “Santos”da Neymarın komanda yoldaşları ilə mübahisə etdiyi iddia olunur.
Allsport.az xəbər verir ki, dünya çempionatından sonra ilk oyununa çıxan 34 yaşlı hücumçu dubl edərək komandasını məğlubiyyətdən xilas edib.
O, bərabərlik qolunu əsas vaxtın sonlarında penaltidən vurub.
Neymar fasilə zamanı gənc futbolçular Qabriel Bontempo və Joao Ananiasla sərt danışıb. Braziliyalı ulduz Bontempoya təhqiramiz ifadələr işlədərək, onun gələn mövsüm “Şapekoense” ilə ikinci liqada oynayacağını deyib.
“Santos” rəhbərliyi hesab edir ki, fasilədə yaşanan gərginlik komandanın ikinci hissədəki çıxışına mənfi təsir göstərib. Futbolçular sərt söhbətin baş verdiyini təsdiqləsələr də, Neymarın təhqir etdiyini təkzib ediblər.
Klub rəhbərliyi insidentlə bağlı daxili araşdırmaya başlayıb.