- Baxış sayı: 39
- 25 Sentyabr 2026 23:31
- Baxış sayı: 76
- Sentyabr 25, 2026
- 0

Allsport.az xəbər verir ki, Azərbaycan futzal millisinin baş məşqçisi Vitali Borisov DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçiriləcək oyunla bağlı danışıb:
“Toplanışa oktyabrın 2-də başlasaq da, məşq dünəndən tam heyətlə keçirilir. Ölkə xaricində çıxış edən legionerlərimizin gəlişindən sonra əsasən taktiki planda çalışmalara yer ayırmışıq. Komandada əhval-ruhiyyə yaxşıdır. Hamımız bu oyunu gözləyirik. Sevindirici məqam odur ki, komandada zədəli və cəzalı futzalçı yoxdur”.