- Baxış sayı: 18
- 07 Sentyabr 2026 12:28
- Baxış sayı: 79
- Sentyabr 01, 2026
- 0

Premyer liqanın 4-cü turunda keçirilən “Turan Tovuz” – “Sumqayıt” (2:1) matçından sonra qonaqların baş məşqçisi Filipe Kandido mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Allsport.az xəbər verir ki, mütəxəssis oyun haqqında təəssüratlarını bölüşüb:
“İlk təəssüratlarım bu yöndədir ki, nəticə oyuna görə olmadı. Bu gün xal və xallar qazana bilərdik. Baş məşqçi kimi nəticədən narazı olsam da, oyunumuzda gördüyüm irəliləyiş məni qane etdi. Düşünürəm ki, qarşıdakı matçlarda daha da yaxşı oyun nümayiş etdirəcəyik. Oyun ərzində bir neçə real epizodumuz oldu. Təəssüflər olsun ki onları qola çevirə bilmədik. Düşünürəm ki komandamda çatışmayan cəhət məhz budur. “Turan Tovuz” kimi iddialı kollektivlərə qarşı belə epizodları dəyərləndirə bilməyəcəksənsə, bu cür nəticə qaçılmazdır”.