- Baxış sayı: 30
- 01 Sentyabr 2026 23:56
- Baxış sayı: 9
- Sentyabr 01, 2026
- 0

“Araz-Naxçıvan” premyer liqanın III turunda öz meydanında “Sabah”a 0:1 hesabı ilə məğlub olub.
Allsport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Zaur İsmayılov qarşılaşma ilə bağlı fikirlərini bölüşüb:
“Əvvəlcə “Sabah”ı UEFA çempionlar liqasındakı uğurlu çıxışı və liqa mərhələsinə yüksəlməsi münasibətilə təbrik edir, onlara uğurlar arzulayıram.
Öz komandamıza gəldikdə, “Neftçi” ilə oyunda müdafiədə kobud səhvlərə yol verdik və rəqibin fərqlənməsi üçün imkanlar yaratdıq. Bugünkü qarşılaşmada da müdafiədə buraxdığımız kobud səhv rəqibin hesabda önə keçməsinə səbəb oldu. Halbuki müdafiədə düzgün oynayır, yaxşı müdafiə olunurduq.
Növbəti oyunlara hazırlaşacağıq. Komandamızın potensialı böyükdür. Oyun baxımından daha da inkişaf etməliyik. İnanıram ki, komanda olaraq qarşımıza qoyulan məqsədə çatacağıq”.