- Baxış sayı: 34
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

Bu gün konfrans liqasının 2-ci təsnifatının cavab oyunları keçirilir. Allsport.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Zirə” Sumqayıtda Estoniyanın “Payde” klubunu qəbul edib.
Tərəflər arasında səfərdə ilk görüş rəqibin 1:0 hesablı qələbəsi ilə bitmişdi. Bu görüşdə hesabı Ərən Aydın açıb.
İkinci hissədə hücumlarını artıran “Payde” hesabı bərabərləşdirib. Matçda başqa qol vurulmayıb və görüş 1:1 hesabı ilə başa çatıb.
Beləliklə, iki oyunun nəticəsinə görə (1:2) “qartallar” avrokubokda mübarizəni dayandırıb.