Könül Nurullayeva deputatlığa namizədliyini irəli sürdü

Bu gün 24 saylı Nizami birinci seçki dairəsindən fevralın 9-da Milli Məclisə seçkidə iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürən Könül Nurullayeva Oruc qızı təşkilati işlərlə bağlı iclas keçirilib. Allsport.az xəbər verir ki, Könül Nurullayeva qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, seçkidə iştirak etmək üçün öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. Seçki qərargahının rəhbəri Sabit Mahmudov namizədə uğurlar arzulayıb.

Könül Nurullayeva 2003-cü ildə Dillər universitetinin beynəlxalq əlaqələr fakültəsinə daxil olub, 2008-ci ildə həmin universiteti qırmızı diplomla bitirib. Bakı-2015 ilk Avropa oyunlarının əməliyyat komitəsinin xüsüsi məsləhətçisi və direktorlar şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yerdə qərarlaşan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. Bakı-2017 İslam həmrəyliyi oyunlarının təşkilat komitəsinin icraçı direktoru olub. İslam Həmrəyliyi İdman Federasiyasının icraiyyə komitəsinin ölkəmizdən olan ilk xanım üzvüdür 

Hazırda tarix institunda fəlsəfə elmləri namizədliyi üzərində çalışır. 2019-cu ilin sentyabr ayından isə İsveçrənin biznes kollecində magistr pilləsi üzrə distansion təhsil alır. Ailəlidir, 1 övladı var.

Həmin kateqoriyadan