Könül Nurullayeva Konya-2021 İslam oyunlarının uğurlu təşkili istiqamətində təkliflər irəli sürüb

İHİF-in icraiyyə şurasının və nəzarət və koordinasiya komitəsinin üzvü olan Könül Nurullayeva, Konya-2021 təşkilat komitəsinin toplantısında iştirak edib. Allsport.az saytı xəbər verir ki, görüş zamanı ən son hazırlıq işləri, gedişat hesabatı, yarışların keçiriləcəyi məkanlar və təsislərlə bağlı hazırkı vəziyyət və s. məsələlər müzakirə olunub. Millət vəkili Bakıda keçirilən möhtəşəm oyunlarla bağlı təcrübəsini bölüşərək, Konyadakı oyunların uğurlu təşkili istiqamətində təkliflərini irəli sürüb.

İHİF-in 1-ci vitse-prezidenti Hamad Kalkaba Malboum, İHİF-in texniki işlər üzrə başçısı Əşrəf Dahrouq, Tunis milli olimpiya komitəsinin keçmiş prezidenti Məhəmməd Adil Zəhra, Dünya kamandan oxatma federasiyasının vitse-prezidenti Kazi Racib Uddin Çapol, Türkiyənin gənclər və idman nazirinin müavini Xalis Yunus Ərsöz, nazirliyin səlahiyyətli şəxsləri, Konya böyükşəhər bələdiyyəsinin başqanı Uğur İbrahim Altay, Türkiyə milli olimpiya komitəsinin vitse-prezidenti Nihad Usta, o cümlədən MOK və təşkilat komitəsinin nümayəndələri toplantıda iştirak edənlər arasındadır.

Hazırda görüşlər davam etməkdədir.

Həmin kateqoriyadan