Koronavirus Bakıdakı turnirə təsir etdi

Martın 25-29-da Bakıda keçiriləcək 55-ci və parakarate üzrə növbəti Avropa çempionatına hazırlıqlar davam edir. Allsport.az xəbər verir ki, milli gimnastika arenasında keçiriləcək mötəbər yarışı 4-ü azərbaycanlı olmaqla 120-dək beynəlxalq hakim idarə edəcək.

Olimpiadaya lisenziya xalları verən yarışa 50-dən artıq ölkədən karateçilərin qatılması gözlənilsə də, koronavirusla əlaqədar 43 ölkədən 460 idmançının, parakarate çempionatında isə 6 ölkədən 33 idmançı iştirakı rəsmiləşib.

Qitənin ən güclülərindən olan İtaliya komandasının 8 idmançı ilə Avropa çempionatına gələcəyi də son anda dəqiqləşib.

Həmin kateqoriyadan