- Baxış sayı: 125
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

“Strasburq”, “Şturm”un müdafiəçisi Heyland Mitçelli transfer edib.
Allsport.az xəbər verir ki, 21 yaşlı futbolçu Fransa klubuna Avstriya təmsilçisindən keçib.
Mitçell “Strasburq”la 2031-ci ilin yayına qədər müqavilə imzalayıb. Transferin məbləği 8 milyon avro təşkil edib.
Kosta Rika millisinin üzvü ötən mövsüm Avstriya çempionatında 19 matçda meydana çıxıb, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.