Koxalski Polşa yığmasında

Koxalski Polşa yığmasında

“Qarabağ”ın iki legionçusu öz ölkəsinin millisinə çağırılıb.

Allsport.az xəbər verir ki, qapıçı Mateuş Koxalski Polşa, yarımmüdafiəçi Marko Yankoviç Monteneqro yığmasına dəvət alıb.

Hər iki komanda DÇ-2026-nın seçmə mərhələsində iki matç keçirəcək. Polşa millisi noyabrın 14-də Niderlandı qəbul edəcək, üç gün sonra Maltanın qonağı olacaq. Monteneqro yığması ayin 14-də səfərdə Cəbəllütariqlə, 17-də evdə Xorvatiya ilə qarşılaşacaq.

Həmin kateqoriyadan